Məqsədimiz Rusiyanın taxıl dəhlizinə müsbət yanaşmasıdır" - Ərdoğan

   Məqsədimiz Rusiyanın taxıl dəhlizinə müsbət yanaşmasıdır" -    Ərdoğan
  21 Avqust 2023    Oxunub:1239
Məqsədimiz Putinlə telefon danışıqlarımız vasitəsilə Rusiyanın taxıl dəhlizi məsələsinə müsbət yanaşmasıdır.
AzVision.az xəbər verir ki, bunu Macarıstandan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə müsahibəsində deyib. O qeyd edib ki, sentyabrda Hindistanda G-20, ABŞ-da isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası keçiriləcək.

"Bu gərgin mühitdə fürsət tapsaq, cənab Putinlə üzbəüz görüşüb söhbət edəcəyik. Tezliklə xarici işlər nazirim Rusiyaya səfər edə bilər. Çünki bu işin üz-üzə olması böyük əhəmiyyət kəsb edir və nəticəni bu şəkildə almaq çox daha doğru olar".

AzVision.az


Teqlər:





Xəbər lenti