Rusiyada İranla hərbi əməkdaşlıq məsələləri müzakirə olunur
Qeyd edilir ki, ikitərəfli danışıqların rəsmi hissəsi Quru Qoşunlarının Baş Komandanlığında baş tutub. Burada hər iki ölkənin silahlı qüvvələrinin döyüş hazırlığının artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsinə dair hərbi əməkdaşlıq və qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.
"İran Rusiya Federasiyası tərəfindən Yaxın Şərqin açar rolu oynayan əsas dövlətlərindən biri kimi qəbul edilir. Bu ölkə bizim strateji tərəfdaşımızdır və daimi intensiv siyasi dialoq tərəfdaşlığımızın hazırkı mərhələsinin xarakterik xüsusiyyətidir", - Rusiya Quru Qoşunlarının rəhbəri, ordu generalı Oleq Salyukov deyib.
Tural Tağıyev
AzVision.az