Sərhədçilərimiz hərbi maşını Laçın keçid məntəqəsindən Ermənistana buraxmadı - VİDEO

Sərhədçilərimiz hərbi maşını Laçın keçid məntəqəsindən Ermənistana buraxmadı   - VİDEO
  21 Avqust 2023    Oxunub:1326
Rusiya sülhməramlıları bu gün 41 nəfər gənci Qarabağdan Ermənistana yola salıblar.
AzVision.azxəbər verir ki, bu barədə News.am məlumat yayıb.

Qeyd edilir ki, onlar Ermənistan və digər ölkələrin ali məktəblərinə daxil olmuş Rusiya vətəndaşları və tələbələr olublar.

İddia edilir ki, məlum kateqoriyadan olan insanların daşınması prosesi iyunun 14-dən bəri ilk dəfədir həyata keçirilir. Rusiya vətəndaşları bütün bu müddət ərzində bölgəni tərk etmək üçün uyğun zamanı gözləyiblər.

Vətəndaşların çıxarılması prosesinə dair yayılan videodan görünür ki, Laçında Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaradan Azərbaycan tərəfi həmin vətəndaşların sülhməramlılarla bərabər maşından düşmədən Həkəri çayı üzərindəki körpüdən keçməsinə imkan verməyib. Nəticədə sərhədçilərimiz əvvəlki qaydada olduğu kimi növbəli şəkildə sülhməramlıların gətirdiyi sərnişinlərin sənədlərini yoxlayıblar. Bundan sonra onlar əşyaları ilə birlikdə sülhməramlıların maşınında deyil, piyada yolu keçiblər. Qeyd edilir ki, qarşı tərəfdə Gorusdan gələn avtomobillər onları qarşılayaraq aparıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Sərhəd  





Xəbər lenti