İranda müəllimlərə qarşı repressiya siyasəti davam edir

İranda müəllimlərə qarşı repressiya siyasəti davam edir
  21 Avqust 2023    Oxunub:1133
İranın Mədəniyyət işçiləri Həmkarlar İttifaqı təşkilatlarının Koordinasiya şurasının müfəttişi, müəllim Cəfər İbrahimiyə 5 il həbs cəzasının verilməsi təsdiqlənib.
AzVision.az xəbər verir ki, müəllim fəalın həbsinə münasibət bildirən Koordinasiya şurası qərara eütiraz olaraq bəyanat yayıb.

“Həmkarlar ittifaqı fəallarının fəaliyyəti qanunidir. Cəfər İbrahiminin fiziki vəziyyəti nəzərə alınaraq, həbsdə olan müəllim qeyd-şərtsiz azadlığa buraxılmalıdır. Evin həbsxanasındakı Cəfər İbrahimi ixtisaslaşdırılmış tibbi yardım olmadığına görə, həzm problemləri səbəbindən ciddi fiziki vəziyyətə düşüb. Onun təcili müalicəyə ehtiyacı olduğu halda məhkəmə orqanları bu məhbus müəllimi tibbi məzuniyyətə göndərməkdən imtina ediblər. Bundan əlavə, Keçui həbsxanasının həkimlərinin israrlarına baxmayaraq, 9 ildir ki, həbsdı olan müəllim İsmayıl Əbdi də Tehran prokurorunun etirazına görə, tibbi məzuniyyətə göndərilmir”, - bəyanatda deyilir.

İran Mədəniyyət işçiləri Həmkarlar İttifaqı təşkilatlarının Koordinasiya şurasının müfəttişi Cəfər İbrahimi təxminən, təxminən 16 ay əvvəl “1 may 2022-ci il müəllim və təhsil işçilərinin etiraz toplantısı” ərəfəsində həbs edilib və indi də Evin həbsxanasındadır.

Onun vəkili İrfan Kərəmveysi öz Tvitter səhifəsində Cəfər İbrahiminin işinin son durumu ilə bağlı Tehran Apellyasiya məhkəməsinin 36-cı şöbəsinin verdiyi qərara əsasən, toplaşmaq və sövdələşmə ittihamı üzrə ən ağır cəza olan 5 il həbs cəzasının müəyyən edildiyini yazıb.
AzVision.az



Teqlər: İran   müəllim  





Xəbər lenti