Ərdoğan sentyabrda Putinlə şəxsən görüşməyə ümid edir

Ərdoğan sentyabrda Putinlə şəxsən görüşməyə ümid edir
  21 Avqust 2023    Oxunub:1103
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrda rusiyalı həmkarı Vladimir Putinlə şəxsən görüşməyə ümid etdiyini bildirib.
O, görüşün G20 sammiti və ya BMT Baş Assambleyası çərçivəsində baş tutacağını gözləyir. “Sentyabrda Hindistanda G20 toplantısı və Birləşmiş Ştatlarda BMT Baş Assambleyası keçiriləcək. Bu gərgin mühitdə fürsət tapsaq, cənab Putinlə üz-üzə görüşüb danışacağıq”, - deyə R.T.Ərdoğan Macarıstandan qayıdarkən jurnalistlərə bildirib.

Qeyd olunub ki, V.Putin hələlik bu tədbirlərdə iştirakını təsdiqləməyib. O əlavə edib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan “Taxıl sazişi”ni şəxsən müzakirə etmək üçün yaxın vaxtlarda Rusiyaya səfər edə bilər. Lakin Türkiyə lideri konkret tarixləri açıqlamayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti