İki ölkənin diplomatları Türkiyə XİN-ə çağırıldı
Danimarka və Niderlanddan olan diplomatların diqqətinə çatdırılıb ki, Türkiyə İslam dininin müqəddəs kitabına qarşı həyata keçirilən kampaniyanı qətiyyətlə pisləyir və bir daha bu ölkələrin rəsmi şəxslərinə öz etirazını çatdırır.
Xatırladaq ki, Türkiyə Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində İsveçin paytaxtı Stokholmda Quranı yandıran Bəhrami Mərcan haqqında həbs qərarı çıxarılıb. Bu çərçivədə İsveç, Danimarka və Hollandiyada Qurana hücum edən şübhəlilər, oxşar hərəkətləri həyata keçirən Rasmus Paludan və Edwin Wagensveld, Salvan Momika, Hanne Kronborg, Lars Theilade, Karin Jorgensen, Bjarne Petersen, Dion Oland Hansen, Toke Utzen Lorenzen, Philip Bagge, John Lydeking Andersen eyni cinayətlərə görə həbs qərarı verilib.
AzVision.az
Teqlər: