Zelenski Yunanıstanda səfərdədir

   Zelenski Yunanıstanda səfərdədir
  21 Avqust 2023    Oxunub:1130
Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Avropa ölkələrinə səfərindən sonra Yunanıstana gəlib.
Bu barədə Ukrayna Prezidenti videomüraciətində məlumat verib. "Biz Yunanıstana səfərimizi davam etdiririk. Artıq gəlmişik. Yunanıstan Prezidenti, Baş naziri ilə danışıqlarımız olacaq”, - deyə Zelenski əlavə edib.

Ukrayna Prezidentinin sözlərinə görə, danışıqlarda əsas mövzular Avropada insanların həyatını və azadlığını qorumaq istiqamətində atılacaq işlər olacaq. Zelenski Ukrayna-Balkan sammitində iştirak edəcəyini də bildirib. Balkan ölkələrinin liderləri ilə ümumi yığıncaq keçiriləcək, onlar Avropa və Avratlantik inteqrasiyanın koordinasiyası, müdafiə sahəsində əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Prezident, həmçinin Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen ilə görüş keçirəcəyini də açıqlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti