Moskva və Bryanskda 4 PUA vurulub

Moskva və Bryanskda 4 PUA vurulub
  22 Avqust 2023    Oxunub:1069
Gecə saatlarında iki Ukrayna pilotsuz təyyarəsi Moskva vilayətində hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Bryansk vilayəti üzərində isə 2 PUA radioelektron mübarizə vasitələri ilə məhv edilib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, hər iki əməliyyat zamanı zərərçəkən olmayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti