Rəisi ölkənin irəlilədiyini iddia edir

Rəisi ölkənin irəlilədiyini iddia edir
  22 Avqust 2023    Oxunub:1216
İranın son illərdə ciddi sosial-iqtisadi problemlərlə üzləşməsinə rəğmən, hakimiyyət ölkənin inkişafından söhbət açır.
AzVision.az xəbər verir ki, İran prezidenti İbrahim Rəisi Qum seminariyası icmasının üzvləri ilə görüşdə çıxışı zamanı hökumətin həqiqətən müxtəlif dövrlərdə irəlilədiyini və düşmənin hücumlarının da məhz ölkənin tərəqqisi ilə bağlı olduğunu söyləyib.

Onun sözlərinə görə, indiki hökumət fəaliyyətə başlayan zaman inflyasiya vəziyyəti “münasib” deyildi. Həmin vaxt likvidlik artımının 42% olduğunu bildirən Rəisi, indi bu göstəricinin Mərkəzi bank tərəfindən 25% səviyyəsində elan edildiyinə diqət çəkib.

“Hökumət bizə təhvil verilən zaman ölkədə 480 min milyard tümən büdcə kəsiri var idi. Bu problemin həlli pul çapı və ya istehsalın artırılması idi ki, bizim hökumət də ikinci variantı seçdi. Hökumətimiz ölkənin problemlərini sanksiyalara bağlamır və düşmənin aldığı mesaj ondan ibarətdir ki, sanksiyalar bizi dayandıra bilməz”, - Rəisi deyib.

İranın Mərkəzi bankı son hesabatında likvidlik məbləği barədə məlumat verməyib. Lakin qurumun elan etdiyi 29% artımı və ötən ilin iyununda 5100 trilyon tümən olan likvidliyi nəzərə alsaq, likvidliyin 6500 trilyon tüməni keçdiyi aydınlaşır ki, bu da inkişaf yox, tənəzzüldür. Yeri gəlmişkən, bu rəqəm İbrahim Rəisinin prezidentliyinin əvvəlində 4000 min trilyon tüməndən az idi. Həmçinin 13-cü hökumətin fəaliyyətə başladığı vaxtdan indiyədək İranın milli valyutasının dəyəri yarıdan da aşağıya düşüb.

Müxtəlif hesabatlar isə hökumətin borclarının hələ də artmaqda olduğunu göstərir. hələ də artmaqdadır. Məsələn, Dünya Bankı bu yaxınlarda İranın Venesuela, Livan, Zimbabve və Argentinadan sonra dünyada ən yüksək ərzaq inflyasiyasına malik olduğunu göstərən hesabat açıqlayıb.
AzVision.az


Teqlər: Rəisi   "inkişaf"  





Xəbər lenti