Zahidanda "Xameneyiyə ölüm olsun!" şüarlı aksiya keçirilib - VİDEO

Zahidanda  "Xameneyiyə ölüm olsun!"  şüarlı aksiya keçirilib    - VİDEO
  22 Avqust 2023    Oxunub:1022
Xəbər verdiyimiz kimi bazar günü İranın Sistan və Bəlucistan əyaləti Rask şəhərinin sünni imamı Mövləvi Fəthi Məhəmməd Nəqşbəndi həbs edilib.
Dünən gecə isə Zahidanda Nəqşibəndinin həbsinə görə etiraz aksiyası keçirilib. Etiraz edən yerli sakinlər molla rejiminə qarşı şüarlar səsləndiriblər.

Şüarlar əsasən "Diktatora ölüm olsun!, Mövlana Nəqşibəndi azad edilməlidir!
Xameneyiyə ölüm!" olub.

Qeyd edək ki, Nəqşbəndi “yalançı çıxışlarla ictimai zehni çaşdırmaqda, İranın hakimiyyət sisteminə böhtan atmaqda, milli təhlükəsizliyə və milli torpaqların qeyri-qanuni işğalına qarşı fəaliyyət göstərməkdə” ittiham edilib.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti