"COVID-ə yoluxanların artmasından qəti şəkildə narahatıq" - ÜST
Son bir neçə həftədə dünya miqyasında COVID-19 hadisələrində artım olduğunu xatırladan Harris bildirib ki, yoluxanların sayının artması fonunda ölənlərin çox olmaması yaxşı xəbərdir. "Hələ ağır xəstələrlə dolu xəstəxanalar görmürük, lakin xəstə sayının artmasından qəti şəkildə narahatıq”.
Harris xatırladıb ki, COVID-in BA.2.86 və EG.5.1 (Eris) kimi variantları bu artımda təsirli olub və onlar bu iki variantın statusunu “izlənilən variant” olaraq yeniləyiblər.
"Eris variantı xüsusilə ABŞ, Asiya və Çində, geniş yayılıb. Bu variantda ağırlaşma və ölüm halları müşahdə edilməyib".
Harris bu yaxınlarda ortaya çıxan BA.2.86 variantına qarşı erkən həssaslığın olduğuna diqqət çəkib və bu varianta 3 ölkədə yalnız 3 nəfər yoluxub.
AzVision.az
Teqlər: