Partiya sədri saxladığı heyvanları İrəvan zooparkına verib

Partiya sədri saxladığı heyvanları İrəvan zooparkına verib
  22 Avqust 2023    Oxunub:1078
İrəvan zooparkına 10 yeni heyvan verilib. xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, məsələnin maraqlı tərəfi heyvanları məşhur siyasətçinin verməsidir.
O, buna qədər həmin nadir növləri evində saxlayırmış.

"Zooparka gələnlər onların bəzilərini artıq görə bilərlər. Məsələn, zebralar və Avropa maralları. Digər heyvanlar isə karantindədir. Zebralar Cənubi Afrikadan gətirilib. Zooparkın yeni “sakinləri” həmçinin ağ pələng, ayı və 4 dağ keçisidir. Heyvanları İrəvan zooparkına “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Tsarukyan hədiyyə edib", - İrəvan Zooparkının direktor müavini Aşot Aslanyan deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Zoopark  





Xəbər lenti