Tehran: Vaşinqtonla birbaşa danışıqlar qeyri-mümkündür

Tehran: Vaşinqtonla birbaşa danışıqlar qeyri-mümkündür
  22 Avqust 2023    Oxunub:1072
Son vaxtlar bəzi məsələlər üzrə dolyayısı ilə İranla ABŞ arasında müəyyən razılşamalar əldə edilsə də İran birbaşa təmasların qeyri-mümkün olduğunu bildirib.
AzVision.az xəbər verir ki, İranın Xarici İşlər nazirliyinin sözçüsü Nasir Kənani keçirdiyi son mətbuat konfransında BMT-nin Baş Assambleyası çərçivəsində İran və Amerika rəsmiləri arasında hər hansı birbaşa görüş və danışıqların mümkünlüyünü rədd edib.

“İran və ABŞ arasında BMT-nin Baş Assambleyası çərçivəsində və ya başqa bir yerdə birbaşa danışıqlar aparmaq planı yoxdur. Əsirlərin dəyişdirilməsi, İran pullarının sərbəst buraxılması ilə bağlı hazırkı proses və onun vaxtı ilə bağlı deyə bilərik ki, bununla əlaqədar müddət maksimum iki aya qədər hesab olunur və bu istiqamətdə razılaşma əldə edilib. Tehranın məlumatına görə, bu sazişin icrası prosesi yaxşı gedir. Hakimiyyət İran xalqının hüquqlarını müdafiə etməkdə uğursuzluğa düçar olmayıb, olmayacaq və bu yolu ciddiliklə davam etdirir”, - Kənani deyib.

Onun sözlərinə görə, İranın Cənubi Koreyada bloklanmış aktivlərinin sərbəst buraxılması ilə yanaşı, ölkəsinin İraqdakı aktivlərinin daha bir hissəsinin də təhvil verilməsi prosesi tədricən başlayıb və onlartın bir hissəsi artıq ötürülüb.

ABŞ Dövlət departamentinin təsdiqlədiyi məlumata əsasən, 5 məhbusun azad edilməsi müqabilində İran Cənubi Koreya banklarında illərdir dondurulmuş neft pullarının 6 milyard dollarını alacaq.
AzVision.az




Teqlər: İran   ABŞ  





Xəbər lenti