Şimali Koreya hərbi peyk buraxmağı planlaşdırır

   Şimali Koreya hərbi peyk buraxmağı planlaşdırır
  22 Avqust 2023    Oxunub:1025
Koreya Xalq Demokratik Respublikası avqustun 24-dən 31-dək hərbi peyk buraxmağa hazırlaşır.
Bu barədə Yaponiya hökuməti məlumat yayıb. Plan may ayının sonunda uğursuzluqla başa çatan hərbi kəşfiyyat peykinin yenidən buraxılmasını əks etdirir.

Yaponiya Sahil Mühafizəsi buraxılışla bağlı üç təhlükə zonası barədə məlumatlandırılıb. Onlardan ikisi Koreya yarımadasının qərbində, digəri isə Filippinin Luzon adasının şərqində yerləşir. Qeyd edək ki, mayın 31-də Şimali Koreyanın kəşfiyyat peykinin buraxılışı uğursuzluqla başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti