"ATƏT Rusiya ilə Ukraynanın sülh danışıqları üçün platformaya çevrilə bilər"
"Ukraynada ədalətli və davamlı sülh fundamental dəyərdir", - Finlandiya dövlətinin başçısı bildirib. Onun sözlərinə görə, bu məsələdə irəliləyişin əldə edilməsi həmçinin daha geniş, qlobal miqyasda sülh işinə xidmət edə və qlobal gərginliyin azaldılmasına töhfə verə bilər.
“Ola bilsin ki, 2025-ci il Avropanın təhlükəsizlik nizamının inkişafında həlledici məqama təsadüf etsin. Əgər o vaxta qədər danışıqlar və dialoq vaxtı çatarsa, o zaman ATƏT çoxsaylı problemlərinə baxmayaraq, onlar üçün təbii platformaya çevriləcək. Müharibənin sona çatacağına ürəkdən ümid etdiyim üçün ATƏT və onun müxtəlif alətləri davamlı sülh vəziyyətinin təmin edilməsinə və yeni, davamlı təhlükəsizlik nizamının formalaşmasına kömək edə bilər”, - Niinistö Finlandiyanın 2025-ci ildə təşkilata sədrliyinin gündəliyini şərh edərkən deyib.
AzVision.az
Teqlər: