Ukraynada Belarus Müdafiə Nazirliyinin əmlakı müsadirə edilib

Ukraynada Belarus Müdafiə Nazirliyinin əmlakı müsadirə edilib
  22 Avqust 2023    Oxunub:862
Ukraynada Belarus Müdafiə Nazirliyinin əmlakı dövlətin xeyrinə müsadirə edilib.
Bu barədə Korrupsiyaya Qarşı Mübarizə üzrə Ali Məhkəmənin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, söhbət “elektrikli təyyarələrin buraxılış sistemi”nin komponentlərindən gedir. VAKS-dan verilən məlumata görə, qərardan proses iştirakçıları apellyasiya şikayəti verə bilərlər.

Avqustun 17-də Ukrayna Ədliyyə Nazirliyinin sanksiyalar siyasəti departamentinin rəhbəri İnna Boqatıx bildirib ki, idarə Belarus Müdafiə Nazirliyi və Rusiya logistika şirkətinin əmlakının milliləşdirilməsi ilə bağlı məhkəmədə iddia qaldırıb. Ukrayna tərəfi Rusiya şirkətindən Belarus Müdafiə Nazirliyinə məxsus müxtəlif tipli təyyarələrin mühərriklərinin geri alınmasını tələb edib.

AzVision.az


Teqlər:





Xəbər lenti