Aİ-nin xarici işlər və müdafiə nazirləri Ukrayna münaqişəsini müzakirə edəcəklər

"Ukrayna ilə bağlı məsələlərin müzakirə olunacağı növbəti yüksək səviyyəli görüş - XİN və müdafiə nazirlərinin görüşü gələn həftə Toledoda olacaq”, - deyə o bildirib.
Jurnalistlərin "Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Ukraynada sülhün müzakirə edilməsi planlaşdırılırmı?" sualına Stano belə cavab verib: "Hazırda bizim elan edəcəyimiz heç nə yoxdur. Növbəti yüksək səviyyəli görüş gələn həftə Toledoda olacaq".
Qeyd edək ki, avqustun 29-31-də Toledoda Aİ ölkələrinin müdafiə və xarici işlər nazirlikləri rəhbərlərinin görüşləri keçiriləcək.
AzVision.az
Teqlər: