Kiyevdə tramvay relsdən çıxıb: Xəsarət alanlar var
-1692726810.jpg)
“Darnitski rayonunda, Anna Axmatova küçəsində tramvay vaqonu relsdən çıxıb. İlkin məlumata görə, tramvayın sürücüsü və yeddi sərnişin xəsarət alıb. Bütün zərərçəkənlərə tibbi yardım göstərilir və lazım gələrsə onlar xəstəxanaya yerləşdiriləcəklər”, - administrasiyanın məlumatında qeyd olunur.
İnsidentdən sonra iki marşrut üzrə tramvayların hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
AzVision.az
Teqlər: Tramvay