Polşa ABŞ-dən 96 helikopter alacaq

Polşa ABŞ-dən 96 helikopter alacaq
  23 Avqust 2023    Oxunub:1054
Polşa Amerika helikopterləri və tankları ilə şərq sərhədində keçilməz maneə yaratmaq niyyətindədir.
Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib. “Dövlət Departamentinin Polşaya 96 “Apaçi” hücum helikopteri satmağa razılıq verməsindən çox məmnunuq. Bunlar dünyanın ən yaxşı hücum helikopterləridir”, -deyə nazir söyləyib.

O qeyd edib ki, “Apaçi” Polşa ordusunun xidmətində olan “Mi-24”ləri əvəzləyəcək. Hücum helikopterlərinin gəl il ölkəyə gətirilməsi nəzərdə tutulur.

AzVision.az


Teqlər:





Xəbər lenti