Çanaqqalada şiddətli meşə yanğını: 83 nəfər zərər çəkib - YENİLƏNİB

   Çanaqqalada şiddətli meşə yanğını:    83 nəfər zərər çəkib - YENİLƏNİB
  23 Avqust 2023    Oxunub:1821
Çanaqqalada baş verən meşə yanğınında 83 nəfərin zərər çəkib.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "X" hesabında bildirib.

Nazir qeyd edib ki, zərərçəkənlərdən 14-ü hadisə yerinə təyin edilmiş təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb, 48 nəfər isə ambulator xəstəxanalara yerləşdirilib. Bundan başqa, 21 nəfərin təcili yardım maşınları ilə ambulator müayinəsi aparılıb.

F.Qoca əlavə edib ki, əyalət üzrə 74 təcili yardım maşını, 4 UMKE maşını (Milli Tibbi Xilasetmə Qrupları-red.) və 32 xidmət maşını sürücüləri ilə birlikdə hadisə yerinə təyin edilib.

***

"Türkiyənin Çanaqqala bölgəsində meşə yanğınına görə 9 kəndin sakinləri təxliyə edilib"

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bölgəyə AFAD, Meşə İdarəsi, Türk Polis Təşkilatı, Jandarma, Milli Müdafiə Nazirliyi, bələdiyyələr və özəl idarələrdən ibarət 2.659 işçi cəlb olunub.

Həmçinin, yanğının söndürülməsinə 8 təyyarə, 26 helikopter, 240 ədəd suçiləyici, 71 su tankeri və 328 ədəd digər vasitələr cəlb edilib.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca tüstüdən zərər çəkən 4 nəfərin müalicə olunduğunu qeyd edib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün "X" hesabında bildirib ki, Çanaqqala-Çan şosesi mülki nəqliyyat vasitələrinin hərəkəti üçün bağlıdır. Həmçinin, Çanaqqala boğazı ikitərəfli dəniz nəqliyyatı üçün bağlıdır.





AzVision.az


Teqlər:





Xəbər lenti