Zəlzələ dəmiryol infrastrukturuna ziyan vurmayıb

Zəlzələ dəmiryol infrastrukturuna ziyan vurmayıb
  23 Avqust 2023    Oxunub:1959
Bu gün saat 01:23 radələrində Masallı və Cəlilabad rayonlarının sərhədində baş vermiş zəlzələdən dərhal sonra "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ərazidəki infrastruktur obyektlərinə texniki baxış keçirib.
AzVision.az bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılıb. Aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti