Məkkədə dəhşətli qasırğa olub - VİDEO

Məkkədə dəhşətli qasırğa olub -    VİDEO
  23 Avqust 2023    Oxunub:1290
Səudiyyə Ərəbistanında güclü qasırğa olub.
Məkkədə çəkilən görüntülərdə güclü küləyin reklam lövhələrini, metal konstruksiyalar və zibil qutularını insanlarla bərabər götürüb aparması əks olunub.

"Müqəddəs məkana ziyan vuran küləyin sürəti 80 km/saatı ötüb", - Səudiyyə Milli Meteorologiya Mərkəzinin sözçüsü Hüseyn əl-Qahtani X-də yazıb.

Yerli media isə yazır ki, videogörüntülərdə qasırğa zamanı güclü külək Səudiyyə vətəndaşları ilə yanaşı əcnəbi zəvvarlara da müəyyən zərər vurub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Məkkə  





Xəbər lenti