FETÖ-çu Yunanıstana qaçarkən saxlanılıb

FETÖ-çu Yunanıstana qaçarkən saxlanılıb
  23 Avqust 2023    Oxunub:1150
Türkiyə Ali İnzibati Məhkəməsinin (Danıştay) Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən keçmiş hakimi ölkədən qaçmaq istəyərkən saxlanılıb.
O, qanunsuz yollarla Yunanıstana keçməyə cəhd göstərib. Məlumata görə, təhlükəsizlik qüvvələri Ədirnənin İpsala rayonu yaxınlığındakı 1-ci dərəcəli hərbi qadağa zonasında həyata keçirdikləri nəzarət tədbirləri zamanı vəzifəsindən uzaqlaşdırılan hakim H.Ö-ni yaxalayıb. Hazırda şübhəlinin istintaqı davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti