BMT Ukraynaya dəstək üçün 270 milyon dollar toplayıb

"Biz qarşıdan gələn qış aylarında 1,3 milyondan çox insana konkret yardım göstərmək üçün 268 milyon dollar toplamaq üçün tərəfdaşlarla təşəbbüs irəli sürmüşük", - o deyib.
Spiker jurnalistlərə açıqlamasında əlavə edib ki, Ukraynada müharibə nəticəsində evlərə, enerjiyə, qaz infrastrukturuna, su təchizatına ciddi ziyan dəyib.
"Bu, Ukraynada adətən oktyabr ayında başlayan və mart ayına qədər davam edən soyuq mövsümdə milyonlarla insanı həddindən artıq risk altında qoyur. Temperatur -30 dərəcəyə qədər düşə bilər. Bu qış biz və tərəfdaşlarımız, ilk növbədə, cəbhəyanı qəsəbələrdəki evlərin qəzalı təmirini həyata keçirəcəyik. Həmçinin paltar, istilik cihazları və digər qış əşyaları ilə təmin edəcəyik", - Düjarrik bildirib.
Onun sözlərinə görə, BMT məcburi köçkünlərin yerləşdirildiyi yerlərdə maliyyə yardımı ödənişləri ilə təmirə üstünlük verəcək. Humanitar təşkilatlar bələdiyyə istilik sistemlərinin təmirinə kömək edəcəklər.
“Yardım ehtiyaclarının hesablanması ötən qışın təcrübəsinə əsaslanır, o zaman humanitar təşkilatlar kəskin enerji böhranı zamanı 2,2 milyon insana analoji xidmətlər göstərib və 4000-dən çox generator çatdırıblar”, - deyə spiker izah edib.
AzVision.az
Teqlər: