Rusiyada sanatoriyaya PUA hücumu olub, 3 nəfər ölüb

Rusiyada sanatoriyaya PUA hücumu olub,    3 nəfər ölüb
  23 Avqust 2023    Oxunub:1100
Rusiyanın Belqorod vilayətinin Lavı kəndindəki sanatoriya atəşə tutulub. AzVision.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.
Qeyd edilir ki, Ukrayna ordusunun hücumları nəticəsində bir neçə nəfər ölüb.

Məlumata görə, Valuyski rayonunun Lavı kəndindəki sanatoriyanın ərazisinə pilotsuz təyyarədən iki qumbara atılıb.

"Valuyski rayonunun Lavı kəndində sanatoriyanın ərazisinin dəfələrlə atəşə tutulması nəticəsində 3 mülki şəxs həlak olub. Ukrayna silahlı qüvvələri insanlar küçədə olarkən pilotsuz uçan aparatdan partlayıcı qurğu atıblar. İki nəfər hadisə yerində ölüb. Həkimlər bir nəfərin həyatı üçün sona qədər mübarizə aparsalar da, alınan xəsarətlər həyatla bir araya sığmayıb”, - Qladkov Telegram kanalında yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti