Fransa vətəndaşı İrəvan otelində müəmmalı şəkildə öldü

"Təcili yardım həkimləri saunadan çıxarılan gənc oğlanın artıq öldüyünü təsdiqləyibşlər. Onların ardınca gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ölənin şəxsiyyətini müəyyənləşdirə biliblər. O Fransa vətəndaşı olan 21 yaşlı Vaçik V. olub. Vaçik həm də Ermənistan vətəndaşlığını daşıyıb. İlkin qənaətə görə, meyitin üzərində zorakılıq izləri aşkar edilməyib. Lakin qətl maddəsi ilə cinayət işi başlanıb. Vaçik dostları ilə otelə gəlib və saunada səhhəti kəskin şəkildə pisləşib",- nəşr yazıb.
Maraqlıdır ki, sosial şəbəkələrin erməni seqmentində ölən fransızın diaspor fəallarından biri olduğu iddial edilir.
Tural Tağıyev
AzVision.az
Teqlər: İrəvan