Ruhula Söhrabi: Filmlərdə hicabsız aktrisalar çəkilməyəcək

 Ruhula Söhrabi:  Filmlərdə hicabsız aktrisalar çəkilməyəcək
  23 Avqust 2023    Oxunub:1435
Məcburi hicab qaydalarının cəmiyyətə zorla qəbul etdirilməsinə çalışan İran hökuməti sənət adamlarına təzyiqlər çərçivəsində filmlərdə hicabsız aktrisaların iştirakına qadağa qoyulması barədə qərar verib.
AzVision.az bildirir ki, Kino Təşkilatının film nümayişi və yayımı üzrə baş direktoru Ruhullah Söhrabi məcburi hicabsız ictimaiyyətə çıxan və ya ölkədən “qaçan” aktrisaların heç birinin bundan sonra filmlərdə çəkilməsinə icazə verilməyəcəyini söyləyib.

“Məcburi hicabsız göründükdən və ya ölkədən “qaçdıqdan” sonra çəkilən filmərdə bu cür aktyorların hər hansı iştirakı qanunsuzdur və səlahiyyətli orqanlardan lazımi icazənin alınmasını tələb edir. Prodüserlər, rejissorlar və investorlar bu aktyorlardan istifadə edərlərsə, hərəkətlərinin nəticələrini gözləməlidirlər. 10 filmdə məcburi hicabsız görünən və ya ölkədən “qaçan” aktyorlardan istifadə olunub və indi onlar maneələrlə üzləşiblər”, - Söhrabi deyib.

Ötən il İranda “Qadın, Həyat, Azadlıq” etirazları başlayandan sonra çoxlu sənətçi, o cümlədən hicabsız qadın aktyorlar ictimai mərkəzlərdə və yığıncaqlarda bu etirazlaraı dəstəklədilər. Onlar məcburi örtüksüz fotolar çəkdirir, həmçinin sosial şəbəkələrdə etirazçıları dəstəkləyən yazılar dərc edirdilər. Onların çoxu dindirilmələrə çağırıldı, bəziləri həbs olundu. Bir sıra işlərlə bağlı məhkəmə işi qaldırılıb.

Rəhbərlik nazirliyinin rəsmiləri dəfələrlə etiraz edən sənətçiləri “qadağa” ilə hədələyiblər. Bu il aprelin sonunda Mədəniyyət və İrşad naziri Məhəmməd Mehdi İsmaili “baş geyimində uyğunsuzluq” olan sənətçilərə işləməyə icazə verilməyəcəyini və yalnız “peşman olduğunu” bildirən etirazçı sənətçilərin fəaliyyət göstərməyə imkan qazanacağını açılayıb.
AzVision.az


Teqlər: İran   aktrisalar  





Xəbər lenti