Rumıniyada NATO-nun rekord sayda kəşfiyyat təyyarəsi aşkarlanıb

   Rumıniyada NATO-nun rekord sayda  kəşfiyyat təyyarəsi aşkarlanıb
  23 Avqust 2023    Oxunub:1395
Rumıniya səmasında və Qara dəniz üzərində NATO-nun rekord sayda kəşfiyyat təyyarəsi qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Rumıniyanın “Adevarul” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, NATO ölkələrinin kəşfiyyat təyyarələri uzun müddətdir ki, Rumıniya səmasında müşahidə aparsalar da, çərşənbə axşamı onların rekord sayda içması diqqət çəkib.

Qeyd olunur ki, söhbət Rumıniya səmasında NATO Hava Desantının Erkən Xəbərdarlıq və Nəzarət Qüvvələrinin (AWACS) iki “Boeing E-3 Sentry” təyyarəsindən, eləcə də “Boeing KC-135R Stratotanker” təyyarələrindən gedir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin Lockheed EP-3E Aries II təyyarəsi isə Dunay deltası üzərində, eləcə də Qara dəniz üzərində uçuşlar həyata keçirib.

Həmçinin səmada yüzlərlə kilometr məsafədə düşmən yazışmalarını tutmağa və deşifrə etməyə imkan verən Bombardier Challenger 650 ARTEMIS də görüldü.
Bundan başqa, müəllif qeyd edir ki, Qara dəniz üzərində Northrop Grumman RQ-4B Global Hawk pilotsuz uçan aparatı da görünüb.
Tural Tağıyev
AzVision.az



Teqlər: NATO  





Xəbər lenti