Dondurma 3 nəfərin ölümünə səbəb oldu

 Dondurma  3 nəfərin  ölümünə səbəb oldu
  23 Avqust 2023    Oxunub:1193
ABŞ-ın Vaşinqton ştatının Tacoma şəhərində dondurma aparatlarının düzgün təmizlənməməsi nəticəsində ortaya çıxan Listeria bakteriyası ilə çirklənmiş “milkshake” adlı içkini qəbul edən 3 nəfər ölüb, 3 nəfər xəstəxanaya yerləşdirilib.
BBC-nin xəbərinə görə, Vaşinqton ştatının Səhiyyə Departamenti hadisə ilə bağlı açıqlama verib. Səlahiyyətlilər Frugal adlı restoranda dondurma aparatlarının təmizlənməməsi nəticəsində hadisənin baş verdiyini qeyd edib.

Vaşinqton Dövlət Səhiyyə Departamenti 27 fevral və 22 iyul tarixlərində xəstəxanaya yerləşdirilən 6 nəfərin də süd kokteylindən eyni Listeria bakteriyası ilə xəstələndiyini müəyyən edib. Onların 40-79 yaş arasında olduğu və immun sistemlərinin zəiflədiyi bildirilib.

Xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlılar üzərində təsirli olduğu bilinən Listeria bakteriyası adətən torpaqda, suda və heyvanlarda olduğu üçün qida yolu ilə insanlara bulaşır. Yüksək hərarət, baş ağrısı, sancı, ürəkbulanma və ishal kimi simptomlarla ortaya çıxan xəstəlik körpələrdə, yaşlılarda və immun sistemi zəif olan insanlarda ölümcül təsir göstərir.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatlarına görə, ABŞ-da hər il təxminən 1600 nəfər listeriyaya yoluxur və onlardan 260-ı ölür.

AzVision.az


Teqlər: Dondurma  





Xəbər lenti