İranda edam olunmuş etirazçının evinə basqın edilib

 İranda edam olunmuş etirazçının evinə basqın edilib
  23 Avqust 2023    Oxunub:1212
Ötən ilki etirazlar zamanı edam edilən etirazçı Məhəmməd Mehdi Kərəminin atası Maşallah Kərəmi çərşənbə axşamı təhlükəsizlik əməkdaşlarının onun evinə basqınından sonra həbs olunub.
AzVision.az “Radiofərda”ya istinadən xəbər verir ki, təhlükəsizlik agentləri çərşənbə axşamı günortadan sonra Kərəmi ailəsinin evinə hücum çəkərək, ailə üzvlərini həbs etməklə yanaşı, onların bütün elektron cihazlarını, o cümlədən noutbuk və mobil telefonlarını da ələ keçiriblər.

Məhəmməd Mehdi Kərəminin anası və qardaşı saxlanıldıqdan bir saat sonra sərbəst buraxılsa da, onun atası hələ də azad edilməyib. Maşallah Kərəminin vəziyyəti və saxlandığı yer barədə hələ də məlumat yoxdur.

“Dadban” hüquq məsləhət mərkəzindən bildirilib ki, Kərəmi ailəsinin üzvlərindən əlavə, ailənin vəkili Əmir Hüseyn Kuhkən da həbs olunub.

Bu il yanvarın 7-də Məhəmməd Mehdi Kərəmi və Məhəmməd Hüseyni etirazlarda və “Kərəc şossesi”ndə Hədis Nəcəfinin 40 mərasimi zamanı “Bəsic” üzvü Ruhullah Əcəmiyanın öldürülməsində “iştirak etmək” ittihamı ilə edam olunublar.

Hər iki gənc etirazçı ölüm hökmü icra olunmazdan əvvəl onlara qarşı irəli sürülən ittihamları rədd etmiş və həbs zamanı ağır işgəncələrə məruz qaldıqlarını bildirmişdilər.
AzVision.az


Teqlər: edam   basqın  





Xəbər lenti