Vaşinqton İranın daha bir yalanını ifşa edib - VİDEO

 Vaşinqton İranın daha bir yalanını ifşa edib    -  VİDEO
  23 Avqust 2023    Oxunub:1329
İranın “keçən həftə ABŞ donanmasının Hörmüz boğazından keçdiyi zaman SEPAH Dəniz donanmasının Amerika helikopterlərini onları daşıyan gəmiyə təcili enişə məcbur etməsi” ilə bağlı iddasını yalana çıxarıb.
AzVision.az xəbər verir ki, ABŞ-nin Müdafiə nazirliyinin sözçüsünün müavini Sabrina Sinq jurnalistlərə müsahibəsində İran tərəfindən yayımlanan videonu görmədiyini, lakin Amerika helikopterlərinin və ya hərbi texnikasının tutulması və ya məcburi enişi ilə bağlı bütün xəbərlərin yalan olduğunu bildirib.

“Artıq onlar tərəfindən belə şeylərin yayımlandığını görmüşük. Bilmirəm, təbliğatdır, yoxsa yox, amma bilirəm ki, bu bəyanatlar yalandır və heç də doğru deyil”, - Sinq deyib.

“Fars” xəbər agentliyinin yaydığı ciddi şəkildə redaktə edilmiş video-materialda SEPAH Hərbi Dəniz qüvvələrinin bir neçə sürətli patrul qayıqlarının üç gəmi ilə yanaşı hərəkət etdiyi görünür və videoda qeydə alınan səs helikopterləri yerə enmədikləri təqdirdə onları öldürməklə hədələyir.

AzVision.az



Teqlər: ABŞ   İran  





Xəbər lenti