Priqojinin təyyarəsi raketlə vurulub

   Priqojinin təyyarəsi raketlə vurulub
  23 Avqust 2023    Oxunub:1297
Rusiyada “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin olduğu təyyarə hava hücumundan müdafiə sistemi vasitəsi ilə açılan atəşlə vurulub.
Bu barədə “Vaqner” şirkətinə yaxın olan “Gray Zone” teleqram kanalı məlumat yayıb. “Mash” teleqram kanalı öz növbəsində qeyd edib ki, təyyarə qəzasının şahidləri hadisədən əvvəl iki güclü partlayış səsi eşidiblər.

Rusiya FHN-in məlumatına görə, təyyarənin göyərtəsində olan 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub. Rusiya mətbuatı təyyarənin Yevgeni Priqojinə məxsus olduğunu bildirirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti