Mask söz azadlığına görə “Soros”un fondunu məhkəməyə verir

   Mask söz azadlığına görə “Soros”un fondunu məhkəməyə verir
  24 Avqust 2023    Oxunub:1360
Amerikalı milyarder İlon Mask söz azadlığının boğulmasını dayandırmaq üçün tanınmış maliyyəçi və xeyriyyəçi Corc Sorosun “Açıq Cəmiyyət Fondu”nu məhkəməyə vermək niyyətindədir.
“Doğrudur, “X” (keçmiş tviter - Qeyd) bunu dayandırmaq üçün məhkəməyə verəcək”, - Mask sosial şəbəkə hesabında yazıb. Onun şərhi jurnalist Ben Skullanın Soros tərəfindən maliyyələşdirilən təşkilatların İrlandiya və Şotlandiyada senzura siyasətini təşviq etdiyinə dair məqaləsinə cavab olaraq dərc edilib. Bu, məqalədən göründüyü kimi, polisin evlərdə axtarışları, vətəndaşların şəxsi telefonlarının və kompüterlərinin yoxlanılmasını əhatə edir.

Skullanın materialına görə, bu cür tədbirlərin əsasını Soros təşkilatları və siyasətçilərinin bu bölgələrdə yerli əhali arasında nifrət cinayətlərinin sayının guya artması ilə bağlı irəli sürdüyü tezis təşkil edir. Jurnalistin yazdığı kimi, nifrət doğuran dezinformasiyanın yayılmasında məqsəd söz azadlığını boğmaq üçün sərt tədbirlərə haqq qazandırmaqdır.

Mask və Soros arasında düşmənçilik uzun müddətdir davam edir. May ayında iş adamı tvitində Sorosun bütün bəşəriyyətə nifrət etdiyini yazıb və onu mutant superqəhrəmanlar haqqında “X-Men” komiks seriyasının antaqonisti Magneto ilə müqayisə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti