“Yeni Şafak”: “ABŞ PKK-nın müttəfiqidir”

  “Yeni Şafak”:  “ABŞ PKK-nın müttəfiqidir”
  24 Avqust 2023    Oxunub:1169
“ABŞ Türkiyəyə qarşı sözsüz və elan edilməmiş müharibə vəziyyətindədir”.
Bu barədə “Yeni Şafak” qəzetinin yazarı Tamer Qorxmaz məlumat verib. Müəllif ABŞ hərbçilərinin PKK yaraqlılarına müntəzəm olaraq təlimlər keçməsinə qəzəblənib: “Onlar Türkiyənin deyil, PKK-nın müttəfiqi olduqlarını göstərirlər!. ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Ceff Dennis bu yaxınlarda “Suriyanın şimalında təlim keçdiyi” terrorçuların “buraxılış” mərasimində iştirak edib. Türkiyə əslində onun strateji tərəfdaşı olan ABŞ-la “gizli”, sözsüz, elan edilməmiş müharibə vəziyyətindədir! Bu şərtlər daxilində ABŞ-la “yeni dövr” ola bilməz”.

Bundan əlavə, o, adanın bufer zonasında BMT sülhməramlıları ilə kipr türkləri arasında baş verən toqquşmadan sonra ABŞ-ı “USS Ramage” esminesini Kipr sahillərinə göndərdiyinə görə qınayıb. Həmçinin, onun qəzəbinə ABŞ Dövlət Departamentinin 2024-cü ildə ABŞ-ın Kiprə silah embarqosu tətbiq etməyəcəyi barədə bəyanatı səbəb olub.

AzVision.az


Teqlər:





Xəbər lenti