Türkiyə, Rusiya və BMT “Taxıl sazişi”ni müzakirə edə bilər

   Türkiyə, Rusiya və BMT “Taxıl sazişi”ni müzakirə edə bilər
  24 Avqust 2023    Oxunub:1116
Türkiyə, Rusiya və BMT rəsmiləri “Taxıl sazişi”ni müzakirə etmək üçün İstanbulda görüşə bilərlər.
Bu barədə “Milliyet” qəzeti mənbələrə istinadən yazıb. “Bu təşəbbüsün aktivləşdirilməsi variantlarından biri də Rusiya və BMT-nin İstanbulda yeni görüşü ola bilər. Həmçinin bu görüşlərin Rusiya, BMT və Türkiyə arasında üçtərəfli formatda keçirilməsi və irəliləyiş əldə olunarsa, Ukraynanın iştirakı ilə dördtərəfli formatda davam etdirilə biləcəyi müzakirə olunub”,-məlumatda vurğulanıb.

Qeyd edək ki. “Taxıl sazişi”nin fəaliyyəti iyulun 18-də dayandırılıb. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti