Hakan Fidan Moskvaya gedəcək

   Hakan Fidan Moskvaya gedəcək
  24 Avqust 2023    Oxunub:1129
Türkiyənin xarici işlər naziri Hakan Fidan taxıl sazişinin bərpası ilə bağlı danışıqlar aparmaq üçün sentyabrda Moskvaya səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti mənbələrə istinadən yazır.

Nəşr həmçinin İstanbulda Rusiya, BMT və Türkiyə nümayəndələri arasında taxıl sazişi üzrə danışıqların mümkünlüyünü iddia edir və bunu “təşəbbüsü canlandırmaq” ssenarilərindən biri adlandırır. “Milliyet” qeyd edir ki, görüş uğurlu olarsa, gələcəkdə İstanbulda Ukraynanın iştirakı ilə danışıqlar aparıla bilər.

Qəzetin yazdığına görə, avqustun 23-də Türkiyə prezidentinin baş müşaviri Akif Çağatay Kılıç Kiyevə səfər edib, avqustun 25-də isə Hakan Fidan Ukraynanın paytaxtına yola düşəcək. Türkiyə nümayəndələri arasında danışıqların gündəmində Qara dəniz taxıl təşəbbüsünün həyata keçirilməsinin bərpası var.

AzVision.az


Teqlər:





Xəbər lenti