Priqojinlə bərabər təyyarədə ölən "Makar" ləqəbli erməni kimdir?

   Priqojinlə bərabər təyyarədə ölən    "Makar" ləqəbli erməni kimdir?
  24 Avqust 2023    Oxunub:2124
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan “Embraer” təyyarəsinin göyərtəsində olan bütün sərnişinlərin və ekipaj üzvlərinin adlarını açıqlayıb.
AzVision.az xəbər verir ki, siyahıda “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevqeni Priqojin və “Vaqner”in komandiri Dmitri Utkinlə yanaşı Yevqeni Makaryan adlı erməni də var.

Priqojin və Dmitri Utkinin öldüyü təsdiqləndi
MK nəşri yazır ki, ölən erməni vaqner veteranı imiş və ləqəbi "Makar"dır.

O, əvvəllər sahə müvəkkili işləyib. Makaryan Suriya döyüşlərində də iştirak edib, hətta 2017-ci ilin yanvarında Amerika aviasiyasının iştirakı ilə baş tutmuş məşhur toqquşmadan sağ çıxa bilib.

Müəllif yazır ki, Makaryan Çelyabinsk vilayətinin Magnitogorsk şəhərində yaşayıb. Amma onun haqqında az şey məlumdur. 38 yaşlı erməni vaqnerçi sosial şəbəkələrdən də istifadə etməyib.

"On il əvvəl onun atası qətlə görə mühakimə olunub. Lakin Ali Məhkəmə işi yenidən mühakimə üçün geri göndərib. Nəticədə qatil sərbəst buraxılıb", - fontanka.ru yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Priqojin   Erməni  





Xəbər lenti