Tramp bu gün həbs oluna bilər

Tramp ona qarşı irəli sürülən ittihamlarda özünü müdafiə etmək üçün üç dəfə məhkəmə qarşısına çıxıb. O, ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.
Amma Corciyadakı proses digərlərindən fərqli ola bilər. Respublikaçı siyasətçiyə Nyu-York, Florida və Vaşinqtondakı məhkəmə proseslərində xüsusi münasibət göstərilib. Tramp digər cinayətkarlarla əlaqə saxlamalı olmurdu və polis faylı üçün fotoşəkili çəkilmirdi.
Amma Fulton şəhərinin şerifi Patrik Labat Tramp üçün digər şübhəlilərə tətbiq edilən “normal” prosesin tətbiq ediləcəyini vurğulayıb.
Tramp irəli sürülən ittihamları rədd edərək, ona qarşı ifritə ovuna başlanıldığını iddia edib.
AzVision.az
Teqlər: