Ukrayna Krıma daxil olaraq reyd keçirib

 Ukrayna Krıma daxil olaraq reyd keçirib
  24 Avqust 2023    Oxunub:1164
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Krım yarımadasında xüsusi əməliyyat keçirib.
AzVision.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsini nümayəndəsi Andrey Çernyak məlumat verib.

Onun sözlərinə görə, yarımadanın ərazisinə ukraynalı şəxsi heyətin desantı daxil olub:

"Xüsusi əməliyyatı Ukrayna Hərbi Dəniz Qüvvələri keçirib. Əməliyyat Tarxankut burnu ərazisində, Mayak və Olenevka yaşayış məntəqələrində keçirilib. Şəxsi heyətimiz arasında itki yoxdur. Düşmənin itkiləri isə dəqiqləşdirilir”.

A.Çernyak bildirib ki, Ukrayna hərbçiləri tapşırığı uğurla yerinə yetirərək geri qayıdıblar: “Bu, reyd xarakterli əməliyyat idi. Biz göstərdik ki, Ukrayna ordusunun şəxsi heyəti üçün Krım tamamilə əlçatandır”.

AzVision.az


Teqlər:





Xəbər lenti