ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
  24 Avqust 2023    Oxunub:1178
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Bunu ABŞ prezidenti Cozef Bayden bəyan edib. “Bu gün biz məcburi köçkünlərə və deportasiyalara görə məsuliyyət daşıyanları istintaqa cəlb etmək və ukraynalı uşaqların ailələrinə qaytarılmasını tələb etmək üçün yeni sanksiyalar elan edirik”-deyə, o bildirib.

Sanksiyaların təfərrüatları açıqlanmır. Bundan əlavə, Bayden Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib və ABŞ-ın Kiyevə lazımi yardımı davam etdirəcəyini bildirib.


AzVision.az


Teqlər:





Xəbər lenti