Putin Priqojinin ölümü ilə bağlı başsağlığı verib

   Putin Priqojinin ölümü ilə bağlı başsağlığı verib
  24 Avqust 2023    Oxunub:1455
Rusiya Prezidenti Vladimir Putin Tver vilayətində baş verən təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.
AzVision.az xəbər verir ki, Putin Rusiya İstintaq Komitəsinin Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırmaya başladığını qeyd edib:

"Araşdırma tam şəkildə aparılacaq və başa çatdırılacaq".

Qeyd olunub ki, Putin Yevgeni Priqojin haqqında ayrıca danışıb.

“Priqojin çətin taleyi olan bir insan idi və həyatda ciddi səhvlərə yol verdi. O, istedadlı insan, iş adamı idi”, - deyə Vladimir Putin bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti