"Çanaqqalada meşə yanğınına görə 1428 nəfər təxliyə edilib" - AFAD

   "Çanaqqalada meşə yanğınına görə 1428 nəfər təxliyə edilib" -    AFAD
  24 Avqust 2023    Oxunub:1246
Çanaqqalada meşə yanğını ilə əlaqədar ehtiyat tədbiri olaraq 1428 nəfərin təxliyə edilib.
AzVision.az xəbır verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Çanaqqalanın Damyeri yeri yaxınlığında baş verən meşə yanğını nəzarət altına alınıb.

Tüstüdən zərər çəkən 99 vətəndaşdan 29-nun müalicəsi davam edir.

Yanğınsöndürmə işlərində Mühafizə Baş İdarəsindən 8 təyyarə, 30 helikopter, 241 su çiləyici, 81 su tankeri, Mühafizə Baş İdarəsindən 22 TOMA, 468 digər maşın və tikinti texnikası, 33 qeyri-hökumət təşkilatından 298 canlı qüvvə və 72 texnika, ümumilikdə 3 min 199 personal və 922 hava və quru vasitəsi istifadə edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti