Priqojinin ikinci təyyarəsi Bakıya enib?
"Flightradar"ın məlumatına görə, təyyarə Moskvanın Vnukovo hava limanından saat 15:30-da havaya qalxıb və saat 19:04-də Azərbaycanın paytaxtı Heydər Əliyev hava limanına enib.
Avqustun 23-də bu təyyarə Priqojin olduğu başqa bir "Embraer Legacy" təyyarəsinin qəzaya uğradığı zaman havada olub. O, Moskvadan Sankt-Peterburqa uçub, lakin sonra geri qayıdaraq Moskvanın üzərində dövrə vurub. Bu biznes təyyarəsində kimin olduğu bilinmir, lakin o, PMC rəhbəri tərəfindən icarəyə götürülüb.
Qeyd edək ki, avqustun 23-ü axşam saatlarında Tver vilayətinin Kujenkino kəndi yaxınlığında şəxsi "Embraer Legacy" təyyarəsi qəzaya uğrayıb. O, Moskva - Sankt-Peterburq reysini həyata keçirib.
Federal Hava Nəqliyyatı Agentliyi bildirib ki, təyyarənin göyərtəsində olan sərnişinlər arasında biznesmen Yevgeni Priqojin də olub. Bütün heyət ölüb.
AzVision.az
Teqlər: