Tramp 20 dəqiqəlik həbs edildi

Xatırladaq ki, Corciya rəhbərliyi Trampı ştatda 2020-ci ildə keçirilmiş prezident seçkilərinə müdaxilə etməkdə ittiham edir. Tramp ölkənin hazırkı prezidenti Cozef Baydenə uduzduğunu inkar edib və bu ştatda səsvermənin nəticələrinin ləğv edilməsini tələb edib. İttihamlardan biri 2021-ci ilin yanvarında Trampın Corciyanın respublikaçı dövlət katibi Bred Raffenspergerə “11 780 səs tapmaqda” kömək təklif etdiyi telefon zəngidir.
Trampın avqustun 24-də və ya 25-də Fulton həbsxanasında həbs olunmaq üçün təslim ola biləcəyini CNN yüksəkrütbəli hüquq-mühafizə orqanının nümayəndəsinə istinadən bildirmişdi.
Telekanal məhkəmə sənədlərinə istinadən xəbər vermişdi ki, eks-prezidentin vəkilləri Fulton rayon prokurorluğunun nümayəndələri ilə görüşüblər. CNN-in məlumatına görə, bu danışıqlardan sonra keçmiş dövlət başçısı 200 min dollar girov və digər şərtlərlə razılaşıb.
AzVision.az
Teqlər: