Trampın oğlu atasının həbsxana şəkli olan mallar satmağa başladı

 Trampın oğlu atasının həbsxana şəkli olan mallar satmağa başladı
  25 Avqust 2023    Oxunub:2189
Donald Trampın oğlu kiçik Tramp atasının həbsxana şəklinin əks olunduğu malları satmağa başlayıb.
"Aydın olmaq üçün, onlayn mağazamda bu məhsulların satışından əldə edilən bütün gəlirlər, qarşımızda gördüyümüz zülm və çılğınlıqla mübarizə aparmaq üçün qanuni müdafiə fonduna gedəcək. Çoxlarından fərqli olaraq, mən bundan pul qazanmağa çalışmayacağam, amma kömək etmək üçün əlimdən gələni edəcəyəm"-deyə, o bildirib.

Saytda təqdim olunan çeşiddə köynəklər, fincanlar və eks-prezidentin həbsxana fotoşəkili olan plakatlar var.

Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp həbs edilib və daha sonra girov müqabilində Corciya ştatındakı Fulton həbsxanasından sərbəst buraxılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti