Maskdan Trampın tviterə qayıdışına münasibət

Uzun fasilədən sonra ilk paylaşım onun mavi kostyum, ağ köynək və qırmızı qalstuk taxdığı və rəsmi həbs prosedurlarından keçdiyi Corciya ştatının Fulton cəzaçəkmə müəssisəsinin rəsmiləri tərəfindən çəkilmiş həbs fotosu olub.
Bu şəkil tarixidir, çünki ABŞ-nin heç bir keçmiş və indiki prezidentinin daha əvvəl həbsxana şəkli (“mug shot”) olmayıb. Paylaşılan şəklin altında “heç vaxt təslim olma” və “seçkilərə müdaxilə” yazılıb. Həmçinin posta siyasətçinin rəsmi internet saytına keçid də əlavə olunub.
AzVision.az
Teqlər: