Mali və Burkina Faso ordusu Nigerdə yerləşdirilə bilər

Niger Xarici İşlər Nazirliyinin nümayəndəsinin səfərdən sonra verdiyi açıqlamaya görə, xarici işlər nazirləri Burkina Faso və Malinin müdafiə və təhlükəsizlik qüvvələrinə təcavüz halında Niger ərazisində fəaliyyət göstərməsinə icazə verən fərmanın imzalanmasını alqışlayıblar.
İyulun sonunda Niger hərbi qruplaşması prezident Məhəmməd Bazumun vəzifədən uzaqlaşdırıldığını və sərhədlərin bağlandığını elan ediblər.
AzVision.az
Teqlər: