Priqojinin müəmmalı ölümü: 4 ssenari səsləndirilir

      Priqojinin müəmmalı ölümü:    4 ssenari səsləndirilir
  25 Avqust 2023    Oxunub:1906
Bütün dünyanın diqqəti hazırda Rusiyada “Vaqner” qrupunun qurucusu Priqojinin də içərisində olduğu iddia edilən təyyarə qəzasına yönəlib. Onun ölümü təyyarənin sərnişinləri siyahısında Priqojinin adının olması ilə əlaqələndirsə də, hələlik hər şey aydın deyil. Hadisə ilə bağlı çoxlu suallar yaransa da, fərziyyə üçün ən açıq mövzu Priqojinin taleyi ilə bağlıdır.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin təyyarədəki sərnişinlər arasında Priqojinin də olduğunu açıqlaması bütün diqqətləri Rusiya prezidenti Vladimir Putinə yönəldib. Putinin iyun ayında silahlı üsyana Moskvaya yürüş edən Priqojindən “intiqamını” alması ilə bağlı şərhlər yada salınıb. Kreml hələlik açıqlama verməsə də, hadisənin müxtəlif ölçüləri ilə bağlı sual işarələri qalmaqdadır. Priqojinin sağ olub-olmaması ilə bağlı fərziyyələr, qəzanın səbəbi ilə bağlı iddialar, "Vaqner"in başına nə gələcəyi ən çox maraq doğuran məqamlardır.



Priqojinin başına gələnlərlə bağlı beynəlxalq mediada üç tezis səslənir. Bir tezisə görə, 2014-cü ildə qurduğu muzdlu “Vaqner” dəstəsi ilə Rusiya dövlətində güclənən, müdafiə nazirliyi və baş qərargah rəisi ilə “güc” davasına başlayan Priqojinin 23 iyunda silahlı üsyan qaldırması səbr kasasını dolduran son damla olub.

Rus jurnalist İlya Rojdestvenski rusdilli “Current Time” telekanalına müsahibəsində “Mən sizin yerinizdə olsaydım, Priqojinə aid olduğu iddia edilən cəsədi dərhal basdırmazdım” deyib. Vaqnerin liderini insanları aldatmağı və kaskadyorlardan istifadə etməyi sevən bir adam kimi xarakterizə edən rusiyalı jurnalist “Bu hadisə Rusiya Xüsusi Təyinatlı Qüvvələri ilə razılaşdırılmış tədbir ola bilər", deyə qeyd edib:

“Ola bilsin ki, Vaqner lideri yoxa çıxmaq niyyətindədir. Bir çox ekspertlər bu fikirdədirlər ki, əvvəllər kaskadyorlarla işləyən və müxtəlif adlar altında bir çox şəxsiyyətləri olan Priqojinin ölüm xəbərinə ehtiyatla yanaşmaq lazımdır".

Qəzaya uğrayan təyyarənin qalıqları arasında tapılan 10 cəsədin morqa aparıldığı və diaqnostik işlərin davam etdiyi qeyd edilib. Bu isə ağıllara Priqojinin 4 il əvvəl qəzaya uğrayan təyyarədə öldüyü xəbərini xatırladır. 2019-cu ilin oktyabrında Konqo Demokratik Respublikasında hərbi təyyarənin 8 nəfərlə qəzaya uğradığı, sərnişinlərdən birinin Yevgeni Priqojinin olduğu, lakin 3 gün sonra "Vaqner"in liderinin ortaya çıxdığı iddia edilmişdi. Londonda yerləşən "Chatham House" analitiki Keir Giles də təyyarənin sərnişin siyahısına etibar edilməməsi lazım olduğunu vurğulayıb. "Vaqner" liderinin son vaxtlar səfərlərini gizlətmək cəhdlərinə toxunan britaniyalı mütəxəssis, "O, qısa zamanda Afrikada çəkilmiş yeni videoda görünsə, heç kim təəccüblənməməlidir" deyib.



Təyyarə qəzası və Priqojinin ölümündən sonra "Vaqner" qrupuna nələr olacağı da sual doğuran məqamlardandır.

ABŞ-ın keçmiş müdafiə naziri və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Leon Panetta CNN-ə bildirib ki, təyyarə qəzasında sonra Kreml çox güman ki, "Vaqner"i ələ keçirməyə çalışacaq. Rusiyanın “Vaqner” döyüşçülərinin təkbaşına fəaliyyətə davam etməsini istəmədiyini ifadə edən Panetta, “Afrikada və mövcud olduqları hər yerdə "Vaqner" qruplaşması üzərində nəzarət qursalar, təəccüblənmərəm. Düşünürəm ki, "Vaqner" qrupunda olanlar da öz həyatları üçün narahat olmalıdırlar", deyə bildirib.

Qrupun yeni üsyana cəhd edə biləcəyi də ssenarilər arasındadır. "Vaqner"lə əlaqəsi olan Telegram hesablarından Priqojinin “Rusiyaya xəyanət edənlər tərəfindən öldürüldüyü” iddiası ilə bağlı paylaşımlar edilərkən, “ədalət üçün yeni yürüşə başlaya bilərik” mesajı paylaşılıb. Lakin hərbi ekspertlər bu fikirdədirlər ki, qrupun mövcudluğu Priqoj inlə birdir və onsuz "Vaqner"in fəaliyyətini davam etdirməsi mümkün deyil.



"Vaqner" qrupu iyunun 23-də Priqojinin rəhbərliyi altında baş verən silahlı üsyandan sonra Rusiyadan köçüb. Böhranın aradan qaldırılmasında vasitəçilik edən Belarus lideri Aleksandr Lukaşenko bu ölkədə “Vaqner” döyüşçülərinə obyekt verib. İlkin olaraq bölgəyə 5 minə yaxın döyüşçünü köçürən qruplaşmanın Afrikaya getdikdən sonra Belarusda az hissəsi qalıb.

Hadisə ilə bağlı ağıla gələn digər sual isə təyyarənin qəzaya uğramasına nəyin səbəb olmasıdır. Mümkün ssenarilər arasında ən çox vurğulanan element təyyarəyə bomba qoyulmasıdır. Rusiya hava hücumundan müdafiə sistemlərinin təyyarəyə müdaxilə edə biləcəyi də qiymətləndirilsə də, qəzanın həqiqətən baş verməsi ehtimalı real hesab edilmir.



Ən çox vurğulanan ssenari isə təyyarəyə bomba qoyulmasıdır. Rusiya mətbuatında yer alan xəbərlərə görə, araşdırma çərçivəsində ilk tapıntılar təyyarənin eniş şassisinə yerləşdirilən bombanın partlamasıdır. Mümkün təxribatda ilk şübhəli şəxs Priqojinin şəxsi pilotlarından biri və qəzaya uğrayan təyyarənin operatoru MNT Aero şirkətinin yaradıcısı Artem Stepanovdur. Hadisədən 3 gün əvvəl Rusiyanın şimal-şərqindəki Kamçatkaya getdiyi bildirilən Stepanovla bu müddətdə heç kim əlaqə saxlaya bilməyib. Rusiya təhlükəsizliyinin axtarışlarını davam etdirdiyi bildirilir.

Digər bir bomba iddiası isə "Vaqner" rəsmilərinə hədiyyə edilən şərab qutularının havaya qalxdıqdan sonra partlamasıdır. İddiaları "Sky News"a dəyərləndirən Britaniya kəşfiyyatının keçmiş əməkdaşı Kristofer Stil bunun yalnız daxili yardımla baş verə biləcəyini və Putinin rəhbər üçün ironik bir ölüm forması olacağını söyləyib.

Aviasiya mütəxəssisləri bildirirlər ki, mümkün partlayış təkcə içəridən deyil, həm də xaricdən baş vermiş ola bilər. Paralel iddia isə təyyarənin Rusiya qüvvələri tərəfindən atəşə tutulmasıdır. Rusiya mətbuatına danışan bəzi mənbələr təyyarənin “yer-hava” tipli raketlərlə atıldığını iddia etsə də, təyyarənin qalıqlarında güllə dəliklərinin görünməsi onun zenit silahları ilə vurulmuş ola biləcəyinə dair şübhələrə səbəb olub.

Təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğramış ola biləcəyi qeyri-real görünür. Mütəxəssislər bildirirlər ki, qəzaya qədər məlumatlarda kursda problem olduğunu göstərən heç bir məlumat yoxdur. Digər tərəfdən, Braziliyada yerləşən təyyarə istehsalçısı Embraer SA, Rusiyaya tətbiq edilən sanksiyalar səbəbiylə uzun müddətdir ki, təyyarələrə texniki xidmət göstərilmədiyini açıqlayıb.



AzVision.az


Teqlər:





Xəbər lenti