İranda 60 nəfər Krım-Konqo virusuna yoluxdu

   İranda 60 nəfər Krım-Konqo virusuna yoluxdu
  25 Avqust 2023    Oxunub:989
İranda 60 nəfər Krım-Konqo qızdırması virusuna yoluxub.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin heyvanlardan insanlara keçən xəstəliklərin profilaktikası və nəzarət qrupunun rəhbəri Məhəmmədrza Şirzadi deyib.

O bildirib ki, ölkədə 60 nəfər Krım-Konqo qızdırmasına yoluxub, bu xəstəlikdən 3 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Krım-Konqo xəstəliyi İranda daha geniş yayılıb. Bu xəstəlik gənə dişləməsi, yoluxmuş heyvanların qanı və digər bioloji mayelərlə sıx təmas nəticəsində baş verir.

AzVision.az


Teqlər:





Xəbər lenti