Ajei: hər namizədimizə qarşı on məqalə dərc edirlər

“Kimin üstünə əl atırsan, kimisə harasa gətirmək istəyirsən, on məqalə düzəldəcəklər ki, bu budur, on il əvvəl belə idi. Bu gün bizə qarşı düşmənçilik mövcuddur və bu düşmənçilik insanları məyus etmək, ümidsizlik və sistemin məmurlarına inamsızlıq yaratmağa yönəlib. Düşmən tərəfindən uydurulan və yayılan şayiələrə, yalanlara görə cəmiyyətdə kin və şübhə yaranmamalı, insanlar kənarda qalmamalı, rədd edilməməlidir”, - Ajei deyib.
İranın məhkəmə sisteminin rəhbəri konkret olaraq kimi nəzərdə tutduğunu açıqlamasa da, onun məmurların və hökumətə yaxın şəxslərin videolarının yayılması ilə bağlı mübahisələrə eyham vurduğu aydındır.
Belə ki, İranın iki rəsmisinin həmcinsləri ilə cinsi əlaqə videosunun ifşa edilməsi ilə bağlı mübahisədən sonra Ajei düşmənin gündəminin İranın fərdlərini və qurumlarını məhv etmək olduğunu söyləmişdi.
AzVision.az